Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib.

Tribuna.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib.

Qeyd edək ki, Ş.Həsənov uzun illər Şəmkir Rayon Statistika İdarəsinin rəis müavini, son üç ildə isə rəisi vəzifəsində çalışıb.