İran addım-addım atom silahına doğru gedir

İran addım-addım atom silahına doğru gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ayətullahlardan ibarət məclisi olan Məclisi Xubriqan (Ekspertlər Şurası) son yığıncağında ölkənin nüvə müqaviləsindən çıxmağı və müdafiə doktrinasının yenidən baxılmasının “qaçılmaz zərurət” hesab edib.

Tribuna.az xəbər verir ki, Şura İran rəsmilərini bu məsələyə diqqət yetirməli və əməli addım atmalı olmağa çağırıb.

Qeyd edək ki, Ekspertlər Şurası İranda ən önəmli və qərarverici orqan olaraq qəbul edilir. Nüfuzlu din xadimlərinin məclisi olan Xubriqan, ölkənin aili dini rəhbərini seçmək səlahiyyətinə malikdir. Onların şəri hökmlər verərək, bütün qanunları buna uyğun tənzimləməsi funksiyaları da mövcuddur.

Belə bir qurumun nüvə proqramı ilə bağlı açıqlaması və tələblər qoyması İranın atom bombası əldə etmək üçün addım-addım hərəkət etdiyini göstərir.

Fərda Uğur