Poliklinikalarda biabırçı vəziyyət – FOTO

Poliklinikalarda biabırçı vəziyyət – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin uşaqların məcburi dispanserizasiyası müasyinəsi üçün
sağlamlıq haqqında arayış tələbi poliklinikalarda xaos yaradıb. Dövlət tibb müassisələrində acınacaqlı vəziyyət yaşanır, uzun və sıx növbəlır yaranıb.

Tribuna.az xəbər verir ki, nazirliyin tələb etdiyi bu arayışlar səbəbindən tibb müassisələrində belə hal yaşanır ki, bu da vətəndaşların ciddi narahatlığına səbəb olur.

Vətəndaş İlkin Aslan da poliklinikalarda yaşanan vəziyyətlə bağlı şikayətini paylaşıb.

O bildirib ki, arayış almaq üçün səhər saat 8-dən axşam 5-ə qədər müxtəlif poliklinikaların qapısında gözləməli olub. Onun sözlərinə görə, bəzi vətəndaşlar 2-3 gündür müraciət etsələr də, hələ də arayış ala bilmirlər.

Şikayətçi qeyd edib ki, poliklinikalarda hərbi komissarlığa göndərilənlər, 65 yaşdan yuxarı şəxslər, məktəblilər və iş üçün arayış alanlar eyni vaxtda müayinələrə yönləndirilir.

Nəticədə rentgen, analiz kabinetlərinin qarşısında böyük növbələr yaranır, insanlar arasında gərginlik, mübahisə və narazılıq yaşanır.

İlkin Aslanın sözlərinə görə, o, iki saat ərzində 7 həkimdən keçib, rentgen müayinəsi üçün isə 5 saat gözləyib. 10 saylı poliklinikada növbədə 72-ci şəxs olduğunu görən vətəndaş oradan arayış ala bilməyərək 20 saylı poliklinikaya üz tutub. Lakin burada da 46-cı növbədə olduğunu öyrənib.

Şikayətçi poliklinikalarda yüzlərlə insanın, o cümlədən uşaqların, yaşlıların və xəstələrin saatlarla gözlədiyini, həkim kabinetlərinin qarşısında sıxlıq yarandığını bildirib.

Şikayətçilərin sözlərinı görə, sıxlıq və növbələrə baxmayaraq bəzi həkimlər iş yerində olmur və ya qəbuluna gec başlayır. Müayinə üçün qəbz verən cəmi üç işçinin olması da növbələrin daha da uzanmasına səbəb olur.

Vətəndaşlar eyni gündə bu qədər insanın müayinəyə göndərilməsinə baxmayaraq, poliklinikalarda işçi sayının artırılmadığını vurğulayır.

Vətəndaşlar yaranmış vəziyyətə görə Səhiyyə Nazirliyi və TƏBİB-ə etirazını bildirir.

Arayış almaq adı ilə insanların günlərlə, saatlarla poliklinikalarda gözləməsi, yaşlıların, uşaqların və xəstələrin bu sıxlıqda əziyyət çəkməsi ciddi suallar doğurur.

Vətəndaşlar tibbi xidmət almaq üçün bu qədər vaxt və əziyyət çəkməli olmamalıdır.

Səhiyyə Nazirliyi və TƏBİB bu vəziyyətə nə vaxta qədər göz yumacaq?

Gülşən Rəsul