Yeni sədr Fondun binasını təmir etdirir: 1.8 milyon manata

Yeni sədr Fondun binasını təmir etdirir: 1.8 milyon manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İpoteka və Kredit Zəmanət Fondunda sentyabr ayında rəhbər dəyişikliyi baş verib.

Tribuna.az xəbər verir ki, həmin vaxt quruma Osman Xalıyev rəhbər təyin olunub.

Bu gün isə məlum olub ki, İdarə Heyətinin yeni rəhbəri oturduğu binanın təmirindən məmnun deyil. Elə bu səbəbdən də Fondun binasını təmir etdirmək qərarına gəlib.

Belə ki, dünən açıqlanan tenderin nəticəsinə görə, İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasında mühəndis-kommunikasiya təminatı sistemlərinin qurulması, təhlükəsizlik və abadlıq işləri həyata keçiriləcək. Tenderin qalibi “ULTRA İNŞAAT” MMC olub. Görüləcək işlərin dəyəri üçün isə 1 milyon 789 min 362 manatlıq büdcə nəzərədə tutulub.

Fərda Uğur