Millət vəkili Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli ilə bağlı yaşadığı problemi ictimailəşdirib. Deputat iki aydır AAYDA sədrinin onun zənglərinə cavab vermədiyini bildirib.
Tribuna.az xəbər verir ki, deputat bu barədə “TNS” tv-yə müsahibəsində bildirib. O qeyd edib ki, Vüsal Nəsirliyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməyib:
“İki aydan çoxdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirliyə zəng edirəm. Çoxsaylı insanlardan ona mesaj da göndərdim ki, zənglərimə cavab versin. Ancaq zənglərimə cavab verməyib. 2 ay ərzində ona 12-15 dəfə zəng etmişəm. Mən zəng edib, ondan özümə yol çəkdirməyi istəmirəm.
Mən ona dövlət nömrəsi ilə zəng edirəm. Ona belə cavab vermir.
Çoxsayı vətəndaş müraciətindən sonra onunla danışmaq istəmişdim. Ancaq təəssüf ki, heç bir telefon zənginə cavab vermədi”.
Gülşən Rəsul









