Etnik bəluçlardan ibarət olan Ənsar əl-Furqan silahlı qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərən hökumət əleyhinə “Xalq Döyüşçüləri Cəbhəsi” alyansına qoşulub.
Tribuna.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Mahmud Bəluç açıqlama yayıb.
O bildirib ki, tərəflərin əsas məqsədi İran hakimiyyət orqanlarına qarşı fəaliyyətlərini əlaqələndirməkdir. Mahmud Bəluç İran əhalisini mövcud hakimiyyət sisteminə qarşı birgə mübarizə aparmaq üçün siyasi və ideoloji fikir ayrılıqlarını kənara qoymağa çağırıb.
Qeyd edək ki, Ənsar əl-Furqan İranın Sistan və Bəlucistan əyalətində fəaliyyət göstərən silahlı təşkilatdır. Qruplaşma 2013-cü ildə “Hərəkat əl-Furqan” və “Ənsar İran” adlı iki silahlı dəstənin birləşməsi nəticəsində yaradılıb. Təşkilatın ideoloji baxımdan “Əl-Qaidə”yə yaxın olduğuna dair məlumatlar var.
Fərda Uğur









