Matevosyan: “Ermənistana neytral dövlət statusu veriləcək”

Matevosyan: “Ermənistana neytral dövlət statusu veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əliyev və Paşinyan Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsinə, Rusiyanın kənarlaşdırılmasına, İranla sərhəddə “sanitar kordon”un yaradılmasına və Türkiyənin ən güclü hərbi resursa malik regional NATO hegemonuna çevrilməsinə yönəlmiş birgə layihəni həyata keçirməyə davam edirlər”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Beniamin Matevosyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistanın yeni konstitusiyası qəbul edilən anda, Müstəqillik Bəyannaməsinə istinad ondan çıxarılmaqla yanaşı, Ermənistan Respublikasına neytral status da veriləcək. “Bu da Rusiyanın 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin ölkədən dərhal çıxarılmasına səbəb olacaq”.

Matevosyan hesab edir ki, Azərbaycan Paşinyanın əli ilə Ermənistanın təhlükəsizlik sistemini dağıdır. “Bakı Nikol Paşinyanın əli ilə isə Rusiyanı bölgədən sıxışdırır”.

Fərda Uğur