İran blokadanı yarmaq üçün yeni plan düşünüb

İran blokadanı yarmaq üçün yeni plan düşünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 40 günlük müharibədən sonra İranı dəniz yolunu blokadaya alıb.

Tribuna.az xəbər verir ki, aprel ayından bəri Tehran xaricə bu səbəbdən neft sata bilmir.

Hörmüz boğazında dominant olan İran isə vəziyyətdən çıxmaq üçün yeni plan fikirləşib. Belə ki, İran ABŞ-ın dəniz blokadasına baxmayaraq neft ixracını bərpa etməyi düşünür. Plana əsasən gəmilərə neft yüklənərək, okean vasitəsi ilə Çinə yola salınacaq. Və bu proses kütləvi şəkildə həyata keçiriləcək. Yəni, yüzlərlə gəmi eyni vaxtda yola çıxacaq.

İran tərəfi hesab edir ki, bu qədər yük gəmisini saxlamaq, yoxlamaq və marşruta nəzarət etmək üçün okeanda ABŞ-ın yetərli qədər gücü yoxdur. Digər tərəfdən, ABŞ həmin gəmiləri vurmaqla vəziyyətdən çıxa bilər ki, bu da İran üçün müharibəyə başlamaq səbəbi olacaq.

Tehranda hesab edirlər ki, indiki məqamda ABŞ İranla yeni müharibəyə start verərsə, öz ölkəsinin daxilində problem baş qaldıracaq. Ki, bu da Vaşinqton üçün uğurlu seçim deyil.

Bununla paralel olaraq, Tehran region ölkələri ABŞ-ın Çinə gedən neft tankerlərinə hücum edəcəyi təqdirdə müharibəyə girəcəyi barədə xəbərdar edib.

Fərda Uğur