“Meqa Sığorta”nın gəliri azalıb – rəhbəri saxlanılmışdı…

“Meqa Sığorta”nın gəliri azalıb – rəhbəri saxlanılmışdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meqa Sığorta” ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 778 min 374 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 226 min 490 manat və ya 7,5% azdır.

Tribuna.az yazır ki,ötən ilin ilk doqquz ayında xalis mənfəət 3 milyon 4 min 864 manat təşkil etmişdi.

Xalis sığorta ehtiyatlarının dəyişməsi gəlirlərə mənfi 2 milyon 720 min manat təsir göstərib. Ötən ilin eyni dövründə bu təsir mənfi 2 milyon 462 min manat idi. Beləliklə, həmin maddə üzrə mənfi təsir 258 min manat artıb.

Cəmi xərclər 22 milyon 176 min manatdan 24 milyon 879 min manata yüksəlib. Artım 2 milyon 702 min manat və ya 12,2% olub.

Əsas əməliyyat xərcləri 1 milyon 675 min manat və ya 12,4% artaraq 15 milyon 161 min manata çatıb. İşlərin aparılması xərcləri isə 1 milyon 20 min manat və ya 11,8% artaraq 9 milyon 664 min manat təşkil edib.

Nəticədə vergidən əvvəlki mənfəət 3 milyon 751 min manatdan 3 milyon 220 min manata düşüb. Azalma 531 min manat və ya 14,2% olub. Mənfəət vergisi üzrə xərcin 746 min manatdan 441 min manata enməsi xalis mənfəətdə azalmanı qismən yumşaldıb.

Şirkətin Direktorlar Şurasının sədri Yaşar Qurbanovdur. Qeyd edək ki, bu il Yaşar Feyzi oğlu Qurbanov 2026-cı ildə böyük məbləğli kredit mənimsənilməsi işi üzrə istintaqa cəlb olunmuşdu.

Həsən Ağa