“ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır”

“ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı yenidən açılmayacaq”.

Tribuna.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

O, İranın 7 şərt irəli sürdüyünü və hələ də Vaşinqtondan cavab gözlədiyini diqqətə çatdırıb:

“ABŞ tərəfinin ilkin cavabı Tehran tərəfindən kifayət qədər qəbul olunmadı. Bu şərtlər icra edilməyənədək Hörmüz boğazı açılmayacaq”.

Şura katibinin sözlərinə görə, ABŞ-nin cavabı aldadıcı xarakter daşıyır və Tehran 7 şərtinə aydın reaksiya veriləcəyini gözləyir. Rzayi əlavə edib ki, ABŞ-nin İranla danışıqların davam etdirilməsi barədə bəyanatları da yalandır.