ABŞ Konqresi müdafiə naziri Pit Heqsethin impiçmenti təşəbbüsünü dayandırıb

ABŞ Konqresi müdafiə naziri Pit Heqsethin impiçmenti təşəbbüsünü dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatası müdafiə naziri Pit Heqsethin impiçmenti ilə bağlı təşəbbüsü rədd edib.
Respublikaçı konqresmen Tomas Massi tərəfindən irəli sürülən qətnamədə nazirə qarşı səkkiz ittiham irəli sürülmüşdü. İttihamlar arasında İranla bağlı hərbi əməliyyatların aparılması və Venesuela yaxınlığında narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən qayıqlara zərbələr endirilməsi də yer alırdı.
Heqseth təşəbbüsü ABŞ ordusuna qarşı siyasi hücum adlandırıb. Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens və Respublikaçılar Partiyasının rəhbərliyi də müdafiə nazirinə dəstək veriblər.
Qeyd edək ki, bu müzakirələr ABŞ-da keçirilən aralıq seçkilərdən sonra siyasi gərginliyin artdığı bir vaxta təsadüf edir. Demokratların gələn ilin yanvarından Konqresin hər iki palatasında üstünlük əldə etməsi gözlənilir. Bu isə administrasiyaya qarşı yeni araşdırmaların və siyasi qarşıdurmaların gündəmə gəlməsinə səbəb ola bilər.