Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? – AÇIQLAMA

Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən dövlət başçıları arasında Azərbaycan Prezideni İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Antalyada hər iki liderin iştirakı ilə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması istiqamətində mümkün görüş gözlənilir.

Tribuna.az  xəbər verir ki, modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Prezident İlham Əliyevlə Baş naziri Nikol Paşinyan arasında Türkiyədə görüşün baş tutacağına əmindir:

“Əminəm ki, görüş baş tutacaq. Görüşün Türkiyə ərazisində keçirilməsi o demək deyil ki, Türkiyə aid mövzular da müzakirə olunacaq. İndiki mərhələdə ən vacib mövzulardan biri TRIPP və Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasıdır. Sözügedən məsələlər arasında bağlantı var. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sözügedən məsələlər arasında lazımı şəkildə əlaqə yaradılmalıdır. Yəni Azərbaycan proseslər arasında sinxron vəziyyətin yaranmasını istəyir”.

Sabiq nazir qeyd edib ki, seçkidən sonra Ermənistan prosesləri ləngitmək, uzatmaq taktikasına başlayıb:

“Türkiyədə liderlər arasında keçiriləcək görüşşdə əsas mövzulardan biri Ermənistanın hələ də həyata keçirmədiyi öhdəliklərin icrasının sürətləndirilməsi ilə bağlı olacaq. Eyni zamanda TRIPP layihəsinin işə düşməsi və Türkiyə ilə Ermənistan sərhədlərinin açılması arasında sinxronluq müzakirə olunacaq”.