Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxdı

Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdir müavini Famil Nəcəfzadə vəzifəsindən ayrılıb.

O, 2023-2026-cı illərdə bu vəzifədə çalışıb. Eyni zamanda Statistik məlumatların kompleks təhlili sektorunun müdiri vəzifəsində işləyib.

Famil Nəcəfzadə 2022-ci ilin iyunundan 2023-cü ilin sentyabrınadək Bakı şəhər Statistika İdarəsinin rəis müavini, 2019-cu ilin oktyabrundan 2022-ci ilin iyununadək Həyat keyfiyyəti statistikası sektorunun müdiri, 2018-ci ilin iyunundan 2019-cu ilin oktyabrınadək isə həmin idarədə məsləhətçi olub./Yurd.Media/