İran 2 min kilometrlik raket məhdudiyyətini ləğv etdi

İran 2 min kilometrlik raket məhdudiyyətini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ballistik raketlərinin uçuş məsafəsinə tətbiq etdiyi 2 min kilometrlik özünüməhdudiyyəti aradan qaldırdığını açıqlayıb.

Tribuna.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhebbinin sözlərinə görə, ölkə artıq bu məsafə məhdudiyyətini öz üzərinə götürmür.
Qərar ABŞ və İsraillə hərbi qarşıdurmanın davam etdiyi, regionda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir vaxta təsadüf edir.
İranın hərbi rəhbərliyi yeni hücum olacağı təqdirdə cavabın Yaxın Şərqlə məhdudlaşmaya biləcəyini də bəyan edib.
Bundan başqa, İran dövlət mediası noyabrın 10-da yeraltı raket kompleksindən görüntülər yayımlayıb. Kadrlarda hərbi rəhbərliyin nümayəndələri raket qurğularına baxış keçirirlər.
Ekspertlər hesab edirlər ki, bu addım Tehranın hərbi çəkindirmə strategiyasında dəyişiklik siqnalı ola bilər. Bununla belə, məhdudiyyətin ləğvi İranın avtomatik olaraq yeni mənzilli raketlərə sahib olması demək deyil.

Fərda Uğur