Türkiyədə Yeni il gecəsi səhnəyə çıxacaq müğənnilərin alacağı qonorarın məbləği açıqlanıb. Siyahıda ən yüksək ödəniş 25 milyon Türkiyə lirəsi (845 min manat) təşkil edir.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin “Posta” nəşri məlumat yayıb.
Məlumata görə, müğənnilər arasında ən yüksək qonorar Kenan Doğulu, Ebru Gündeş və Mahsun Kırmızıgülə təklif olunub. Onların hər biri Kiprdəki çıxışına görə 25 milyon lirə (845 min manat) alacaq.
Yıldız Tilbe və Hadisenin qonorarının 22 milyon 600 min lirə (763 min 880 manat) olacağı bildirilir. Hər iki müğənni Kiprdə səhnəyə çıxacaq.
Siyahıda yer alan digər sənətçilərin qonorarları və çıxış edəcəkləri məkanlar belədir:
– Edis – 20 milyon lirə (676 min manat) – İstanbul
– Hande Yener – 20 milyon lirə (676 min manat) – Kipr
– Gülşen – 20 milyon lirə (676 min manat) – Kipr
– Sibel Can – 15 milyon lirə (507 min manat) – Kipr
– Bülent Ersoy – 15 milyon lirə (507 min manat) – Batumi
– Özcan Deniz – 15 milyon lirə (507 min manat) – Kipr
– Funda Arar – 12 milyon 500 min lirə (422 min 500 manat) – İstanbul
– Candan Erçetin – 12 milyon 500 min lirə (422 min 500 manat) – Kipr
– Sıla Gençoğlu – 12 milyon 500 min lirə (422 min 500 manat) – Antalya
Beləliklə, açıqlanan siyahıya əsasən, Yeni il gecəsi ən yüksək qonorar alan sənətçilər Kenan Doğulu, Ebru Gündeş və Mahsun Kırmızıgül olacaq. Diqqətçəkən məqamlardan biri isə siyahıdakı ifaçıların böyük əksəriyyətinin Yeni il gecəsində Kiprdə səhnəyə çıxmasıdır.
Gülşən Rəsul










