Əbu-Dabi danışıqlarında Rusiya və Ukrayna arasında ciddi fikir ayrılıqları qalır

Əbu-Dabi danışıqlarında Rusiya və Ukrayna arasında ciddi fikir ayrılıqları qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən danışıqlarda hələlik nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.
Fransanın “Le Monde” nəşrinin noyabrın 11-də yaydığı məlumata görə, iki gün davam edən müzakirələr tərəflərin əsas məsələlər üzrə mövqelərinin fərqli qaldığını göstərib.
Danışıqlarda Ukrayna atəşkəs və təhlükəsizlik təminatlarını ön plana çıxarır. Rusiya isə Kiyevin təklif etdiyi şərtlərlə razılaşmır.
Görüşlərdə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər. Avropa ölkələrinin nümayəndələri isə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar.
Məlumata görə, tərəflər arasında etimadsızlıq və ərazi məsələsi sülh razılaşmasının əldə olunmasına mane olan əsas amillər olaraq qalır.
Fərda Uğur