“Azəriqaz”ın Gəncə idarəsində özbaşınalıq

“Azəriqaz”ın Gəncə idarəsində özbaşınalıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyini Gəncə RQİİ-nin Samux XS-nin keçmiş işçisi Əliyeva Gülnarə Şamil qızı düşünür ki, ixtisar zamanı qanun pozuntusuna yol verilib.

Tribuna.az-ın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu faktı açıqlayıb.

Vətəndaş qeyd edir: “23 il Azəriqaz İB -də müxtəlif vəzifələrdə işləmişəm. Şöbə rəisi, texnik və sonra çilingər keçirildim. Azəriqaz İB-da ixtisar prosesləri başlayanda Gəncə RQİİ-nin rəisi Hüseyn Şirinov və Samux Xidmət Sahəsinin rəisi Qədir Bayramov məni məcbur etdilər ki, təcili ərizə yaz, ixtisara düşürsən, yoxsa məcbur çıxarılacaqsan. Məni ixtisara saldılar və işsiz qoydular. Və yerimə Gəncə regionunun keçmiş baş mühasibinin gəlini Mətanət Sultanova işə qəbul olunub. İşə qəbul əmri verilən gündən həmin xanım məzuniyyətə buraxılıb. 1 gün iş stajı olmadan. Əgər elə idisə niyə məni, 23 illik stajı olan işçini ixtisar etdilər?

Gəncə RQİİ-nin rəisi Hüseyn Şirinov öz adamlarını ixtisardan xilas edib işlə təmin etdi. Amma adamı olmayanları ixtisara salıb işsiz qoydu. Hazırda Samux Xidmət Sahəsində işlə təmin olunan Mətanət Sulatanova əmri verilən gündən məzuniyyətə göndərilib ki, sahəyə çıxmasın. 23 il Azəriqaz İB töhmətsiz, nöqsansız işləmişəm. İndi Azəriqaz şikayətimə baxmır. Həyat yoldaşımla eyni yerdə işləyirdik, onun səhhətilə bağlı narahatlığı olduğu üçün işləyə bilmirdi, bir övladımız var 11ci sinif şagirdidir, maddi ehtiyaclarımız çoxdur. Həm yoldaşımın dərman ehtiyaclarını ödəmək üçün onun çıxıb mənim işləməyimi xahiş etdim, amma nə rəhbər kimi, nə insan kimi məni dinləmədi. Dedi, mən səni yola verməyəcəm, kişilərlə işləmək istəyirəm.
1 ay çəkmədi, yoldaşım işdən öz ərizəsi ilə çıxdı və onun yerinə qadın işçi götürüldü”.

Həsən Ağa