ABŞ Birləşmiş Millətlər Təşkilatında ölkələrin insan hüquqları vəziyyətinin qiymətləndirildiyi iclasda iştirak etməyib.
Tribuna.az xəbər verir ki, Vaşinqton noyabrın 10-da Cenevrədə keçirilən Universal Dövri İcmal prosesini ikinci dəfə boykot edib.
BMT-nin bu mexanizmi təşkilata üzv olan 193 ölkənin insan hüquqları vəziyyətinin mütəmadi qiymətləndirilməsini nəzərdə tutur.
ABŞ nümayəndə heyətinin iştirak etməməsi bir sıra diplomatların və hüquq müdafiəçilərinin tənqidinə səbəb olub.
Vaşinqton isə qərarını BMT İnsan Hüquqları Şurasının fəaliyyətinə etirazla əsaslandırıb.
Məlumata görə, ABŞ-ın iştirakı olmadan keçirilməsi nəzərdə tutulan iclasın təxirə salınması məsələsi də gündəmə gəlib.
Fərda Uğur









