Tribuna.az xəbər verir ki, İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması mümkün olmayıb.
Yeni seçilmiş Knesset noyabrın 10-da fəaliyyətə başlasa da, siyasi qüvvələr arasında koalisiya razılaşması əldə edilməyib.
Prezident İsxak Hersoq hökuməti formalaşdırmaq mandatını Qadi Eyzenkota verib. Onun qarşısında dekabrın 6-dək vaxt var.
Əsas çətinlik heç bir siyasi blokun parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməməsidir. Danışıqlar nəticəsiz qalarsa, İsraildə növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Fərda Uğur









