Yankoviç “Qarabağ”dan gedir? – Klubdan açıqlama

Yankoviç “Qarabağ”dan gedir? – Klubdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marko Yankoviç yaxın müddətdə “Qarabağ”ı tərk etməyəcək.

Tribuna.az  xəbər verir ki, bu barədə Ağdam klubundan “Apasport”a bildirilib. 31 yaşlı futbolçunun komandadan ayrılacağı barədə yayılan xəbərlərin əsassız olduğu qeyd olunub.

Klub futbolçunun hazırda qüvvədə olan müqaviləsinin mövcudluğunu vurğulayaraq, onun gələcəyi ilə bağlı iddiaları təkzib edib:

“Marko Yankoviçin “Qarabağ” FK-dan ayrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Futbolçunun klubumuzla qüvvədə olan müqaviləsi var. Hazırda transfer pəncərəsinin də açıq olmadığını nəzərə alsaq, bu xəbərlərin heç bir əsası yoxdur”.

Qeyd edək ki, son günlər mətbuatda “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrılacağı ilə bağlı müxtəlif iddialar yayılıb.