Məhkəmə icraçıları azərbaycanlı reperdən kommunal borcu tələb edir

Məhkəmə icraçıları azərbaycanlı reperdən kommunal borcu tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə icraçıları Rusiyada fəaliyyət göstərən azərbaycanlı reper Navaidən (əsl adı Nəvayi Bəkirov) mənzil-kommunal xidmətlər üzrə borcun tutulmasını həyata keçirirlər.

Tribuna.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 26-da “Odintsovskaya Teploset” səhmdar cəmiyyəti Navaiyə qarşı yaşayış sahəsinə görə ödəniş, kommunal xidmətlər, istilik və elektrik enerjisi xərclərinin tutulması tələbi ilə iddia qaldırıb. Sənətçinin 72,1 min rubldan çox borcu yaranıb. Məhkəmə iyulun 3-də səhmdar cəmiyyətinin tələbini təmin edib. Sentyabrın 1-də Bakirovun barəsində borcun tutulması ilə bağlı məhkəmə əmri əsasında icra icraatı başlanıb.

Mayın 5-də Bəkirova məxsus nömrəsiz “Ferrari” avtomobili Zubovski bulvarında yoldan çıxaraq svetoforu vurub. İdman avtomobilinin arxa təkərləri səkiyə çıxıb. Navaidən başqa, avtomobildə daha bir sərnişin olub.

Sənətçinin öz sözlərinə görə, avtomobilin sürəti saatda 60-65 kilometrdən çox olmayıb və avtomobilin sürüşməsinə səbəb idman təkərləri olub. Qəza zamanı avtomobildə təhlükəsizlik yastıqları açılıb, sürücü və sərnişin xəsarət almayıb. Qəzadan sonra sənətçinin sürücülük hüququndan məhrum ediləcəyi gözlənilsə də, bu baş verməyib.

Sentyabr ayında Navai Moskvanın mərkəzində, Zubovski bulvarında baş vermiş qəza nəticəsində dəymiş zərəri ödəyib. “SHOT”un məlumatına görə, musiqiçi zədələnmiş svetofora görə Moskva şəhərinin Nəqliyyatın İdarəetmə Mərkəzinə 91,2 min rubl, dövlət rüsumu kimi isə 4 min rubl ödəyib.