“Bitcoin”in qiyməti 61 min dolları ötüb

“Bitcoin”in qiyməti 61 min dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiymətində artım qeydə alınıb.

Tribuna.az xəbər verir ki, noyabrın 23-də “Bitcoin”in qiyməti 61 min dollar həddini keçərək təxminən 61,2 min dollar səviyyəsində qərarlaşıb.

Son 24 saat ərzində kriptovalyutanın dəyəri təxminən 1,5–3 faiz artıb. Ticarət platformalarından asılı olaraq qiymətlərdə müəyyən fərqlər müşahidə olunur.

Qeyd edək ki, “Bitcoin” noyabrın 21-də son iki ilin ən aşağı səviyyələrindən birinə – 55,3 min dollara qədər ucuzlaşmışdı. Bundan sonra kriptovalyuta bazarında bərpa prosesi başlayıb və qiymət yenidən 60 min dollar həddini keçib.

“Reuters”in məlumatına görə, son enişə süni intellekt infrastrukturuna böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar, ABŞ-da borclanma xərclərinin artması, tənzimləmə riskləri və dolların möhkəmlənməsi təsir göstərib.

Bununla belə, “Bitcoin” hələ də 2025-ci ilin oktyabrında qeydə alınmış 126 min dollardan yüksək tarixi maksimumundan təxminən 51 faiz aşağıdır.