900 min dollara satılan tarixi təyyarə – Səddam Hüseynin Boeing-i

900 min dollara satılan tarixi təyyarə – Səddam Hüseynin Boeing-i

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın keçmiş prezidenti Səddam Hüseynin uçuşları üçün istifadə edilmiş “Boeing 747SP” təyyarəsi satışa çıxarılıb. Təyyarənin qiyməti 900 min dollar müəyyən edilib.

Tribuna.az xəbər verir ki, İraqın dövlət aviaşirkəti “Iraqi Airways” Tunisin cənub-qərbində saxlanılan iki “Boeing 747” təyyarəsinin satışı ilə bağlı elan yayıb.

Satışa çıxarılan hava gəmilərindən biri Səddam Hüseynin uçuşları üçün istifadə olunmuş, YI-ALM qeydiyyat nömrəli “Boeing 747SP” modelidir. Digəri isə 330 sərnişin tutumuna malik “Boeing 747-200” təyyarəsidir.

Hər iki təyyarənin ilkin satış qiyməti 900 min dollar təşkil edir.

Satış prosesinin təşkili üçün İraqın Tunisdəki səfirliyi yanında xüsusi komitə yaradılıb. Potensial alıcıların müraciətləri dekabrın 21-dən yanvarın 5-dək qəbul ediləcək.

Aviaşirkətin açıqlamasına görə, təyyarələr mövcud texniki vəziyyətində və heç bir zəmanət verilmədən satılır. Daşınma, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, gömrük rüsumları və mümkün təmir xərclərini alıcı ödəməlidir.

Məlumata görə, hər iki təyyarə 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib. Beləliklə, təxminən 44 illik tarixə malik bu hava gəmiləri yeni sahibini gözləyir.

İmran Kərimli