Mavriki Prezidenti İçərişəhərdə oldu

Mavriki Prezidenti İçərişəhərdə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.

Bu barədə Tribuna.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.