Erməni blogger Roman Baqdasaryan hazırda Bakıda həbsdə olan separatçı və hərbi cinayətykar Arayik Harutyunyanın sərvəti ilə bağlı şok faktlar təqdim edib.
Tribuna.az xəbər verir ki, uzun müddət Qarabağı talan edən Harutyunyanın toplam 350-400 milyon dollarlıq mülklərinin olduğu qeyd edilib.
Baqdasaryan yazıb ki, Arayik Harutyunyan Qarabağdan oğurladığı pullarla Osetiyada “Musk” adlı hoteli alıb. “Onun xaricdə 70-ə yaxın belə obyekti var”.
Erməni blogger qeyd edib ki, Stavrapol vilayətində yerləşən “Qaqarin” Ticarət Mərkəzi də 2020-ci il müharibəsindən sonra alınıb. “Bu, onun oğlu üçün inşa edilib. Təmirinə 2 milyon dollar xərclənib. Həmin ticarət mərkəzinin gəlirləri Arakin ailəsinin Dubaydakı bank hesablarına köçürülür”.
Baqdasaryan bildirib ki, Arayikin növbəti obyekti Krasnodarda yerləşən “Fili” və “Bitse” otelləridir. O qeyd edib ki, bu obyektlərin dəqiq dəyəri məlum deyil. “Ümumilikdə, Arayik Harutyunyanın sərvəti 350-400 milyon dollar qiymətləndirilir. Və bu pulların hamısı Ermənistanın Qarabağa köçürdüyü pullardan oğurlanıb”.
P.S. Arayik təkcə Ermənistandan köçürülən pulları mənimsəməyib. Həm də Azərbaycanın bir parçası olan Qarabağı bir zamanlar talan edib.
Fərda Uğur









