Qarabağdan qaçaraq, Ermənistanda mənzillənmiş bir qrup separatçı Bakıda həbsdə olan hərbi cinayətkarları “xilas etmək” üçün plan təklif ediblər.
Tribuna.az xəbər verir ki, bunu özünü “dövlət naziri” kimi təqdim edən Njde İsgəndəryan gündəmə gətirib.
Separatçı deyib ki, Bakıda həbsdə olan cinayətkarların azad edilməsi üçün sadəcə bəyanatlar kifayət deyil. “Bunun üçün əməli addımlar atılmalıdır”.
O, təklif edib ki, bunun üçün “üçtərəfli danışıqlar komitəsi” yaradılmalıdır. Orada isə Ermənistanın rəsmi nümayəndəsi, habelə seraparatçıların “rəsmi nümayəndəsi” və beynəlxalq vasitəçilər və insan hüquqları üzrə mütəxəssislər təmsil olunmalıdırlar. İsgəndəryan deyib: “Komissiyanın əsas məqsədi Azərbaycan ərazisində həbsdə olan bütün ermənilərin azad edilməsi və vətənlərinə qaytarılması ilə bağlı Azərbaycanla birbaşa danışıqlar təşkil etmək olmalıdır”.
Fərda Uğur









