Bir neçə gündür İran rəsmiləri qonşu dövlətlərə yönəlik bir neçə açıqlama yayıb.
Tribuna.az xəbər verir ki, həmin açıqlamalar daha çox təhdid xarakteri daşıyır.
İranın dini lideri Müctəba Xamineyinin müşaviri və köməkçisi Məhəmməd Möhbər bəyan edib ki, İranın blokadasına hər hansı bir dəstək müharibə aktı sayılacaq.
İran XİN-i isə dünən açıqlama yayıb ki, əgər qonşu ölkələr ABŞ-a müharibə zamanı hər hansı dəstək versələr, birbaşa hədəfə çevriləcəklər. Nazirlik qonşu ölkələri bu addımlardan çəkinməyə çağırıb.
Fərda Uğur









