ABŞ və İsrailin İrana hücum edəcəyi ilə bağlı ziddiyətli xəbərlər var.
Tribuna.az xəbər verir ki, prosesin bu yaxınlarda start götürəcəyi istisna edilmir.
Lakin diplomatik mənbələrdən gələn xəbərlər, habelə yerli mediaların yaydığı məlumatlarda bu hücumun nə zaman başlayacağı bəlli olmur. Məsələn, Yerusəlimdə yayınlanan “Channel 12” TV iddia edib ki, “İsrail yaxın günlərdə İrana mümkün hücumu nəzərdən keçirir”.
Lakin “Axios” İsrailin istəyinə rəğmən, ABŞ prezidenti Donald Trampın İran məsələsində bir qədər gözləmək fikrində olduğunu qeyd edib. Həmin məlumata görə, Təl Əvivlə Vaşinqton arasında müzakirələr olsa da, Tramp hücum planının icrasını 2027-ci ilə keçirməyi düşünür.
Qeyd edək ki, ABŞ dünəndən etibarən Yaxın Şərqdəki bütün hərbi texnika və avadanlıqlarını İsrailə köçürməyə başlayıb. Pentaqon bildirib ki, bu addımı atmaqda səbəb İsrail ərazisinin daha güvənli məkan olmasıdır.
Bu əsnada ABŞ prezidenti Donald Trampın İranın liderlərinə hücum etmək variantını nəzərdən keçirdiyi xəbəri də yayılıb. “İsrail Hume” nəşrinin iddiasına görə, məsələ hücumun baş verib-verməyəcəyi deyil, vaxt və miqyas məsələsidir.
Fərda Uğur









