Surenyants: “Paşinyan Əliyevin vassalı statusundadır”

Surenyants: “Paşinyan Əliyevin vassalı statusundadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konstitusiya referendumunda həm “hə”, həm də “xeyr” səsləri Ermənistan üçün son dərəcə təhlükəlidir. “Hə” dövlətimizin siyasi və sivilizasiya təməllərinin dağıdılması hesabına sülhün bərqərar olması deməkdir və “xeyr” Azərbaycana müharibəyə başlamaq üçün arqument verəcək”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə “Demokratik Alternativ” Partiyasının sədri Suren Surenyants çıxış edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın tələblərini paket halında həyata keçirir. “Biz aydın şəkildə görürük ki, Əliyevin tələbi Nikol Paşinyan tərəfindən müxtəlif paketlərdə həyata keçirilir. Əslində, Əliyevin tələblərini daim yerinə yetirmək bizi ya dövlətçiliyimizin dağılmasına, ya da yeni müharibənin başlanmasına aparacaq”.

Surenyants qeyd edib ki, Ermənistanın dövlət olaraq dayanıqlığı çox aşağı səviyyədədir. “Lakin bu o demək deyil ki, biz Bakının bütün tələblərini yerinə yetirməliyik”.

Partiya sədri yekunda onu da bildirib ki, Paşinyan Əliyevin vassalı statusundadır. “Vassallar isə ağalarına cavab vermir, əksinə onların tələblərini itaətkarlıqla yerinə yetirirlər”.

Fərda Uğur