İrəvanda nəşr olunan “Jamanak” qəzeti tipik, həm də şok erməni yalanlarından daha birini yazıb.
Tribuna.az xəbər verir ki, söhbət Azərbaycan ərazilərindən qaynaqlanan və Ermənistan çaylarını qidalandıran mənbələrdən gedir.
Belə ki, Azərbaycan və Ermənistan bu mövzuda müzakirə aparacaqlarını və məsələləri həll edəcəklərini açıqlayıblar. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında bununla bağlı narahatlıq olmadığını da qeyd edib.
Lakin “Jamanak” tamamilə fərqli fikir paylaşıb. Nəşr yazıb: “Azərbaycan Ermənistanın bütün su ehtiyatlarını ələ keçirəcək. Bununla da ermənilərin susuzluqdan öləcəklər”.
P.S. Bu qədər həyasızlıq da bir yerə qədər.
Fərda Uğur









