Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 043 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.
Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olub.
Həmçinin cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.









