Vyetnam mediası Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə geniş yer ayırıb.
Tribuna.az xəbər verir ki, nüfuzlu qəzet və xəbər portalları səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, xüsusilə strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələrini işıqlandırıb.
Nəşrlərdə iki ölkə arasında enerji, ticarət, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri önə çəkilib. Məqalələrdə həmçinin Azərbaycan və Vyetnam xalqları arasında 60 ildən artıq tarixə malik dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.









