Tribuna.az xəbər verir ki, sənətçi may ayında üç övladının – RZA, Riot və Rocki-nin çəkdiyi qarışıq, rəngli qaralamadan ilhamlanaraq yeni döyməsini nümayiş etdirib.
Döymə ustası Keith McCurdy, daha çox “Bang Bang” adı ilə tanınan sənətçi, rəsmin Rihanna üçün xüsusi məna daşıdığını və uşaqları tərəfindən hazırlandığını bildirib.
Uşaqların markerlə çəkdiyi, “Paw Patrol” stikerləri ilə bəzədilmiş rəngli rəsmi Rihanna sol ayağının arxa hissəsində, dizinin altında qara mürəkkəblə döymə etdirib.
Ana və övlad sevgisini əks etdirən döymə Analar Günü ərəfəsində nümayiş olunub və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Müğənninin bu addımı onun övladlarının həyatında nə qədər önəmli yer tutduğunu bir daha göstərib.
Rihanna hazırda qızı Rocki ilə birlikdə “Dior”un yeni “Lady Dior” reklam kampaniyasında da yer alır.
Gülşən Rəsul










