Leysan yağışlar yağdı: metro və küçələri su basıb – VİDEO

Leysan yağışlar yağdı: metro və küçələri su basıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatarlar Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət edib

Parisdə leysan yağışlara görə küçələri və bir neçə metro stansiyasını su basıb. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, yerli KİV qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət etdiyini yazıb. Bundan baqşa, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb. Əlverişsiz hava şəraiti səbəbi ilə yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə etmək məcburiyyətində qalıb.