Konfrans Liqası: “Zirə” mübarizəyə başlayır

Konfrans Liqası: “Zirə” mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zirə” komandası UEFA Konfrans Liqasının 2026/27 mövsümündə ilk oyununu bu gün keçirəcək.

Tribuna.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyun

8 iyul
20.00 Zirə (Azərbaycan) – Torpedo (Kutaisi, Gürcüstan)
Baş hakim: Yoni Hyuyutiya, Veli-Matti Leppenen, Yusso Mantere (Finlandiya).
Dördüncü hakim: Peyman Simani (Finlandiya).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.