“Qarabağ” “Neftçi”nin hədəfində olan futbolçunu almaq istəyir

“Qarabağ” “Neftçi”nin hədəfində olan futbolçunu almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiprin APOEL klubunun 23 yaşlı braziliyalı yarımmüdafiəçisi Dieqo Rosa Misli Premyer Liqasının iki təmsilçisinin diqqət mərkəzindədir.

“Qarabağ” və “Neftçi” onu transfer etmək istəyir.

“Neftçi”: Oyunçunu birillik icarəyə götürmək və maaşını tam qarşılamaq niyyətindədir.

“Qarabağ”: Transfer mübarizəsinə qoşularaq Kipr klubuna 150 min avro icarə haqqı təklif edib. Təklifə əsasən, Rosa matçların 50%-də forma geyinərsə, Ağdam təmsilçisi 850 min avro ödəyərək onun transfer hüquqlarını almaq öhdəliyi götürəcək.

APOEL hələlik heç bir təklifə müsbət cavab verməyib.

Qeyd edək ki, futbolçunun Kipr klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir və onun növbəti satışından gələn gəlirin 50%-i keçmiş komandası “Bahiya”ya çatacaq. (Offsideplus.az)