Spikerdən etiraf, deputatdan İran xalqına təhqir

Spikerdən etiraf, deputatdan İran xalqına təhqir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqtisadi vəziyyətdən şikayət edən İran xalqı nankordur”.

Tribuna.az xəbər verir ki, bunu İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi deyib.

O bildirib ki, insanların ölkədəki vəziyyəti daha düzgün dəyərləndirməsi üçün başqa ölkələrə səfər etməsi və oradakı yaşayış şəraiti ilə tanış olması lazımdır.

Lakin deputatdan fərqli olaraq İran parlemntinin spikeri Məhəmmədbağır Qalibaf eyni mövzuda etiraf edib. “Ölkənin təhlükəsizliyi və gələcəyi üçün hərbi güclə yanaşı, iqtisadi sabitlik də vacibdir. Əlimizdə nə qədər hərbi güc olmasından asılı olmayaraq, əgər xalq acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və daxili istehsal yoxdursa, biz mövcudluğumuzu davam etdirə bilmərik”.

Fərda Uğur