Bakıda qətl hadisəsi baş verib.
Tribuna.az Lent.az-a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə yaşadığı evdə münaqişə zəminində qardaşı, 1995-ci il təvəllüdlü Aqili bıçaqlayaraq qətlə yetirib. H.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.









