“Qalatasaray”ın müdafiəçisi Fransa klubuna keçdi

“Qalatasaray”ın müdafiəçisi Fransa klubuna keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Havr” klubu “Qalatasaray”ın müdafiəçisi Elias Yelertin icarə əsasında transfer olunduğunu rəsmən açıqlayıb.

Tribuna.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, 23 yaşlı danimarkalı futbolçu Fransa komandasında 12 nömrəli forma ilə çıxış edəcək.

“Transfermarkt” portalı Yelertin bazar dəyərini 5 milyon avro qiymətləndirir.

Müdafiəçi ötən mövsümü də icarə əsasında İngiltərənin “Sauthempton” klubunda keçirib. O, bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.