Xaçatryan: “Kərki verilsə, ölkə iki yerə bölünəcək”

Xaçatryan: “Kərki verilsə, ölkə iki yerə bölünəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kərki kəndinin Azərbaycanın nəzarətinə verilməsinin mümkünlüyü təhlükəsizliyə birbaşa təhdid yaradacaq”.

Tribuna.az xəbər verir ki, bunu erməni deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, bu hadisə  Ermənistanın mərkəzini cənubu ilə birləşdirən əsas nəqliyyat arteriyalarını kəsəcək. “Kərki Ermənistan Respublikası üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan postunun ölkənin tam ortasında, cənuba aparan magistral yolda yerləşməsi böyük risklər yaradır”.

Fərda Uğur