Şahzadə Harri və 6 iddiaçı şəxsi həyatın toxunulmazlığının qorunması ilə bağlı məhkəmə işini London Ali Məhkəməsində uduzduqdan sonra “Daily Mail” nəşriyyatına ilkin məhkəmə xərclərinin ödənilməsi üçün 9,54 milyon funt sterlinq (13 milyon dollar) ödəməlidirlər.
Tribuna.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İddiaçılar göstərilən məbləği avqustun 28-dək ödəməlidirlər. Məhkəmə xərclərinin məbləği daha sonra 25 milyon funt (34 milyon dollar) arta bilər.
İyul ayında məhkəmə naşiri qanunsuz məlumat toplamaqda ittiham edən “Associated Newspapers Limited” (ANL) şirkətinə qarşı iddianı rədd edib. Hakim bildirib ki, iddiaçılar öz ittihamlarını sübut edə bilməyiblər.
Şahzadə Harridən əlavə, müğənni Elton Con və onun həyat yoldaşı Devid Ferniş, Saymon Hyuz, Sedi Frost, Liz Herli və Dorin Lourens də iddiaçı qismində yer alıblar.









