Avqustun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Tribuna.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti müşahidə olunub.









