İran İraqı Hörmüz boğazından dəniz daşımaları ilə bağlı məhdudiyyətlərdən azad edib.
Tribuna.az IRNA-ya istinadən xəbər verir ki, İraq tankerləri üçün xüsusi icazənin alınması İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı Bağdadın əsas tələblərindən biri olub.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazından gəmiçiliyin bərpası üçün əsas yaratmalı olan müvəqqəti razılaşma imzalayıblar. Lakin sonradan əldə olunan razılaşmalar pozulub.









