Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) işğal altında olan Krımda Rusiyaya məxsus təxminən 15 milyon dollar dəyərində olan “Pantsir-S1” zenit-raket-top kompleksinin məhv edildiyini açıqlayıb.
Qurumun məlumatına görə, əməliyyat zamanı xüsusi təyinatlı Group 13 bölməsi “Pantsir-S1” kompleksi ilə yanaşı, işğalçı qüvvələrə məxsus hərbi kranı da məhv edib.
Bildirilir ki, əməliyyat avqustun əvvəlində həyata keçirilib. Yerüstü hədəflərin vurulması üçün FPV pilotsuz uçuş aparatlarını daşıyan çoxfunksiyalı Magura dəniz platformalarından istifadə olunub.
GUR əməliyyatın görüntülərini də yayıb.
Qeyd edək ki, məlumat yalnız Ukrayna tərəfi tərəfindən açıqlanıb və Rusiya Müdafiə Nazirliyi hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
İmran Kərimli










