Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndərilib

Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Tribuna.az xəbər verir ki, çəkisi 630 ton olan 9 vaqon buğda və çəkisi 36 ton olan 1 vaqon propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.