Səudiyyə Ərəbistanında bir kişinin həyat yoldaşını toy gecəsi makiyajsız gördükdən sonra boşanmaq qərarına gəldiyi iddia olunur.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, ailələrinin vasitəçiliyi ilə tanış olan cütlük nikahdan əvvəl cəmi bir neçə dəfə görüşüb. Həmin görüşlər zamanı qadının peşəkar makiyaj etdiyi bildirilir.
Toydan sonra, ilk gecə qadın makiyajını sildikdə, kişi onu tanımadığını və aldadıldığını düşündüyünü deyib.
İddialara görə, kişi ertəsi gün boşanmaq üçün məhkəməyə müraciət edib.
Hadisə sosial şəbəkələrdə və bəzi media resurslarında geniş müzakirələrə səbəb olub. Lakin xəbərin ilkin mənbəyi və hadisənin həqiqətən baş verib-vermədiyi barədə etibarlı təsdiq yoxdur.
İmran Kərimli
Tribuna.az









