Həbs olunan diaspor rəhbəri vitse-prezident imiş

Həbs olunan diaspor rəhbəri vitse-prezident imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada həbs olunan Azərbaycan diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.

Tribuna.az  Lent.az-a istinadən xəbər verir ki, R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.

Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, rüşvət verməkdə vasitəçi olmaqda ittiham olunub. İstintaqın iddiasına görə, Məmmədov bir miqranta barəsindəki cinayət işinə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul çatdıracağını vəd edib. Məmmədovun həmçinin “Perm diyarı Azərbaycan Xalqları Assambleyası” regional ictimai təşkilatının fəallarından biri olduğu qeyd olunur.

Məlumata görə, Ruslan Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.