Rusiyada Azərbaycan diasporunun rəhbəri həbs olundu – VİDEO

Rusiyada Azərbaycan diasporunun rəhbəri həbs olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Azərbaycan vətəndaşı Ruslan Məmmədova qarşı cinayət işi açılıb.

Tribuna.az “Yeni Sabah” properm.ru-ya istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) Perm İdarəsi bu gün R.Məmmədovu rüşvətxorluqda vasitəçi kimi çıxış etmək ittihamı ilə həbs edib.

Həbs Rusiya Milli Qvardiyasının dəstəyi ilə baş tutub. pizza mizza

R.Məmmədov Perm vilayətində milli diasporun lideridir və o, “şəxsiyyəti məlum olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul mükafatı müqabilində Perm sakininin cinayət təqibini dayandırma”nı təklif edib.

Rusiya İstintaq Komitəsi hazırda Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi ilə cinayət işi açıb və məsələni araşdırır.