Rusiyadan Krivoy Roqdakı ticarət mərkəzinə hücum: 5 ölü, 50 yaralı

Rusiyadan Krivoy Roqdakı ticarət mərkəzinə hücum: 5 ölü, 50 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Tribuna.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.

“Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib”, – Qanja qeyd edib.

Onun sözlərinə görə, azı 5 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.

Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.

***

18:38

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Tribuna.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.

“Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib”, – Qanja qeyd edib.

Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və bu say arta bilər.