İran parlamentinin sədr müavini Məhəmmədrza Hacıbabayi maraqlı açıqlama verib.
Tribuna.az xəbər verir ki, o, bu dəfə ölkəsinin Yaxın Şərqdəki neft kəmərlərini hədəfə almağa çağırıb.
O deyib ki, Hörmüz boğazından keçən neft daşımalarına alternativ marşrutların genişləndirilməsinin qarşısı alınmalıdır. “BƏƏ-dəki Fuceyrə və Səudiyyə Ərəbistanındakı Yambu limanlarına çıxışı təmin edən neft boru kəmərləri şəbəkəsinin genişləndirilməsi Tehranın regional mövqeyinə mənfi təsir göstərə bilər”.
Fərda Uğur









